Tramp və Zelenski arasında görüş baş tutmadı

17:40 - 24 Sentyabr 2024

Tramp və Zelenski arasında görüş baş tutmadı

Ukrayna Prezidenti Vladimir Zelenskinin ABŞ prezidentliyinə Respublikaçılar Partiyasından namizəd Donald Trampla görüşmək niyyətinə baxmayaraq, görüş baş tutmayıb.

 

Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.

Keçmiş Amerika liderinin yaxınlarının açıqlamalarına görə, görüşmək istəyi qarşılıqlı idi, lakin Ukrayna liderinin ABŞ-a səfəri zamanı mümkün hadisə üçün heç bir tarix təyin olunmayıb.

Zelenski daha əvvəl ABŞ-nin keçmiş prezidenti Donald Tramp və ABŞ vitse-prezidenti Kamala Harrislə görüşlərə hazır olduqlarını açıqlayıb .

Ukrayna prezidenti ABŞ-yə səfəri zamanı Ukraynadakı münaqişənin həlli ilə bağlı planını təqdim etmək istəyindən danışıb. O, Baydenlə yanaşı, Demokratik və Respublikaçı partiyaların nümayəndələri ilə planlaşdırılan görüşlərindən bəhs edərək, Tramp və Harrislə danışıqlara ümid etdiyini bildirmişdi.


Xəbər xətti

24 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin