Çin dənizdən kosmosa 8 peyk buraxdı

17:33 - 24 Sentyabr 2024

Çin dənizdən kosmosa 8 peyk buraxdı

Çin peyk daşınması üçün nəzərdə tutulmuş "Cielong-3" (Ağıllı Əjdaha) raketi ilə dənizdən kosmosa 8 peyk buraxıb.

 

Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.

Məlumata görə, peyklər Sarı dəniz sahilindəki Hayyanq şəhəri yaxınlığında yerləşən dəniz platformasından buraxılıb.

Uzunluğu 31 metr, diametri 2,65 metr olan 140 kiloqramlıq qatı yanacaqla işləyən raket dörd pilləli atəş mexanizminə malikdir. 

Qeyd edək ki, "China Rocket Company" tərəfindən hazırlanmış "Cielong-3" yerdən Günəşin sinxron orbitinə 500 kilometr yüksəklikdə 1,5 tona qədər faydalı yük daşıya bilir.


Xəbər xətti

24 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin