Almaniya bu şəxslərin təhlükəsizliyini gücləndirəcək

16:58 - 24 Sentyabr 2024

Almaniya bu şəxslərin təhlükəsizliyini gücləndirəcək

Almaniya polisi parlament seçkiləri yaxınlaşdıqca aparıcı siyasi xadimlərin əlavə təhlükəsizliyini təmin etməyi planlaşdırır.

 

Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.

Belə ki, Almaniya Federal Kriminal Polis İdarəsinin rəhbəri Holger Munk iki il ərzində siyasətçilərə ayrılan cangüdənlərin sayını 500-dən 700-ə çatdırmaq niyyətində olduğunu açıqlayıb. Munk bunu həm daxili, həm də xarici təhlükələrin olması ilə izah edib.

Almaniya polisi bir sıra siyasi xadimlərin, xüsusən də Almaniya Prezidenti Frank-Valter Ştaynmayerin və Almaniya kansleri Olaf Şolsun təhlükəsizliyini təmin edir.

Qeyd edək ki, Almaniyada parlament seçkiləri 2025-ci il sentyabrın 28-nə təyin edilib.

 
 
 

Xəbər xətti

24 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin