1685 məhbus azad edildi

16:35 - 24 Sentyabr 2024

1685 məhbus azad edildi

Konqo Demokratik Respublikasının paytaxtı Kinşasadakı Makala Mərkəzi Həbsxanasından 1685 məhbus sərbəst buraxılıb.

 

Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.

Ədliyyə Naziri Konstant Mutamba açıqlamasında Makala Mərkəzi Həbsxanasında olan 1685 məhbusun lazımi tibbi müdaxilələrin həyata keçirilməsi səbəbilə sərbəst buraxıldığını bildirib.

Makala Mərkəzi Həbsxanasının tutumu 1500 nəfər olsa da, 12 mindən çox məhbus olduğu bildirilir.

Qeyd edək ki, 3 sentyabr 2024-cü ildə qaçmağa cəhd edən məhbuslara edilən müdaxilə zaman 159 nəfər həyatını itirib.


Xəbər xətti

24 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin