Qarabağ Universitetinin Şuşa və Xocalıda filialları açılacaq

16:17 - 24 Sentyabr 2024

Qarabağ Universitetinin Şuşa və Xocalıda filialları açılacaq

Qarabağ Universitetinin incəsənət və turizm fakültələri Şuşaya köçürüləcək.


Manset.az xəbər verir ki, bunu Qarabağ Universitetinin rektoru Şahin Bayramov jurnalistlərə açıqlamasında bildirib.

Rektor Xocalı şəhərində Qarabağ Universitetinin aqrar fakültəsinin açılmasının nəzərdə tutulduğunu deyib.

Şahin Bayramov qeyd edib ki, Xankəndidə yerləşən əsas binada tibb fakültəsi açılacaq.

Onun sözlərinə görə, Qarabağ Universitetində 6 fakültə, 27 ixtisas üzrə 1154 tələbə təhsil alır və tələbələr ölkənin bütün regionlarını təmsil edir. Universitetə qəbul olan tələbələrin ortalama balı 470-dir. 


Xəbər xətti

24 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin