İlham Əliyev Mərkəzi Nəbatat Bağının açılışında - FOTOLAR
28 Noyabr 2024
15:26 - 24 Sentyabr 2024
Hindistanda Dubaydan qayıdan 38 yaşlı şəxsdə meymunçiçəyi virusu aşkarlanıb.
Manset.az xəbər verir ki, Hindistan səhiyyə rəsmiləri ölkədə ilk meymunçiçəyi hadisəsinin görüldüyünü açıqlayıb.
Avqust ayında Afrikada fövqəladə vəziyyət elan edildikdən sonra meymunçiçəyi virusu Afrika qitəsindən kənar ölkələrə, eləcə də İsveç, Tailand və Pakistana yayılmaqda davam edir.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bu il Afrikada 30 min meymunçiçəyi virusu hadisəsinin görüldüyünü , bunların əksəriyyətinin testlərin tükəndiyi Konqo Demokratik Respublikasında olduğunu açıqlayıb. Ümumdünya Səhiyyə Təşkilatının bu bəyanatından sonra Hindistanda ilk meymunçiçəyi hadisəsinin görüldüyü açıqlanıb.
Səlahiyyətlilər, meymun çiçəyi virusunun Dubaydan bir müddət əvvəl qayıdan və ölkənin Kerala əyalətində yaşayan 38 yaşlı bir şəxsdə aşkar edildiyini qeyd edir.
Həmçinin bildirilib ki, virus aşkarlanan şəxs və onun təmasda olduğu insanlar xəstəxanada tibbi müayinədən keçiblər.
Qızdırma, əzələ ağrısı, şişkin limfa düyünləri kimi simptomlara səbəb olan meymunçiçəyi virusu müalicə edilmədikdə ölümcül ola bilər.
"Clade 1b" adlanan yeni variantın çox yoluxucu olduğu və Afrikadakı meymunçiçəyi epidemiyası ilə əlaqəli olduğu bildirilib.
Fidan Əliyeva
Manşet.az
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin