Rusiyada fövqəlada vəziyyət elan edildi
27 Dekabr 2024
14:51 - 24 Sentyabr 2024
Fransada dərc olunmuş "Odoxa" sorğusunun məlumatlarına görə, Prezidenti Emmanuel Makronun həmvətənləri arasında dəstəyinin səviyyəsi dövlət başçısı olduğu 7 ildə ən aşağı səviyyəyə düşüb.
Manset.az bu barədə Fransa mətbuatına istinadən xəbər verir.
Beləliklə, fransızların yalnız dörddə biri prezidentin işini müsbət qiymətləndirir, qalan 75% respondent Makronun fəaliyyətindən narazıdır.
Sorğu həmçinin müəyyən edib ki, respondentlərin yalnız 39%-i Mişel Barnieri “yaxşı” Baş nazir hesab edir. Əksinə, 59% onun Baş nazir kimi zəif işlədiyini düşünür. Bu, son 7 ildə Baş nazirin təyinatı zamanı ən yüksək səviyyədə narazılıqdır.
Qeyd edək ki, sorğu cins, yaş, peşə, eləcə də rayon və yaşayış məntəqəsinin ölçüsü üzrə reprezentativ seçmə üzrə aparılmışdır.
Fidan Əliyeva
Manşet.az
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin