Trampın oğlundan Zelenskiyə SƏRT reaksiya

13:50 - 24 Sentyabr 2024

Trampın oğlundan Zelenskiyə SƏRT reaksiya

Ukrayna Prezidenti Vladimir Zelenski sentyabrın 23-də ABŞ-yə səfər edib.

 

Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.

Məlumata görə, Zelenski "qələbə planı" adlandırdığı təkliflərini Prezident Co Baydenə , həmçinin prezidentliyə namizədlər Kamala Harris və Donald Trampa təqdim etməli idi.

Lakin o, çıxışlarından birində Trampın sülh üçün heç bir planı olmadığını bildirib.

Buna cavab olaraq, Trampın oğlu Donald John Trump Zelenski barəsində sosial şəbəkədəki "X" hesabında açıqlama verib:

"Yəni milyardlarla Amerika vergi ödəyicisi tərəfindən maliyyələşən xarici lider ölkəmizə gəlir və respublikaçıların prezidentliyə namizədinə hücum etmək cəsarəti tapır? Həm də ukraynapərəst bir fanatik atamı öldürməyə cəhd etdikdən dərhal sonra? Ayıbdır!",- o yazıb.

Xatırladaq ki, Donald Tramp bir müddət öncə Zelenskini “tarixin ən yaxşı taciri” adlandırmışdı. Onun sözlərinə görə, Zelenski hər dəfə ABŞ-yə səfər edəndə milyardlarla dollarla ölkəni tərk edirdi.

 

Fidan Əliyeva

Manşet.az

 

 


Xəbər xətti

24 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin