Qubada baş verən dəhşətli qəzanın ANBAAN GÖRÜNTÜLƏRİ

12:15 - 24 Sentyabr 2024

Qubada baş verən dəhşətli qəzanın ANBAAN GÖRÜNTÜLƏRİ

Qubada dəhşətli yol-nəqliyyat hadisəsi baş verib.

 

Manset.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

Qəza zamanı iki avtomobil toqquşub.

Hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) rəsmisi, polis polkovnik-leytenantı Mübariz Ağayev açıqlama verib.

"Ötən gün saat 22 radələrində Quba şəhərində Heydər Əliyev prospektində Bakı şəhər sakini 1996-cı il təvəllüdlü Kənan Cabbarovun idarə etdiyi "Mercedes" markalı 90-KV- 446 dövlət qeydiyyat nişanlı avtomobillə İkinci Nügədi kənd sakini 1982-ci təvəllüdlü Elşad Qayıbovun idarə etdiyi "Opel" markalı avtomobil toqquşub. Hadisə nəticəsində Elşad Qayıbov hadisə yerində həyatını itirib, Kənan Cabbarov xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır", - deyə Mübariz Ağayev bildirib.

Hadisənin anbaan görüntülərini təqdim edirik:

 


Xəbər xətti

24 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin