"Qadınlara qarşı ayrı-seçkiliyə dərhal son verin"- BMT bu ölkəyə çağırış etdi

10:29 - 24 Sentyabr 2024

BMT Baş katibinin siyasi məsələlər üzrə müavini Rozmari DiKarlo Əfqanıstan hökumətindən ölkənin qadın əhalisinə qarşı bütün ayrı-seçkilik qadağalarını dərhal aradan qaldırmağı tələb edib.

 

Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.

BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında Əfqanıstanla bağlı yüksək səviyyəli tədbirdə çıxışı zamanı DiKarlo bildirib ki, Əfqanıstanda qadınların vəziyyəti müqayisəedilməzdir, çünki dünyanın heç bir yerində belə məhdudiyyətlər yoxdur.

"Biz faktiki hakimiyyət orqanlarından idarəetməni daha inklüzivləşdirməsini, qadınların hüquqlarına, eləcə də ümumən insan hüquqlarına hörmətlə yanaşmasını və effektivliyi artırmasını gözləyirik. Bunun müqabilində beynəlxalq ictimaiyyət öz məhdudiyyətlərini tədricən yumşaldacaq. Məqsəd Taliban hərəkatını ilk növbədə əfqan xalqı və beynəlxalq ictimaiyyət qarşısında öhdəliklərini yerinə yetirməyə məcbur etməkdir. Bu, Əfqanıstanın beynəlxalq ictimaiyyətə qayıtmasının yeganə yoludur", - o əlavə edib.

O həmçinin bildirib ki, əgər Taliban hərəkatı qadınlara qarşı tətbiq etdiyi ağır məhdudiyyətləri aradan qaldırmazsa, beynəlxalq təşkilatlar tədricən onlarla əməkdaşlığa son verəcək. 

 

Fidan Əliyeva

Manşet.az


Xəbər xətti

24 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin