İtaliya müdafiə naziri Bakıdadır

10:19 - 24 Sentyabr 2024

İtaliya müdafiə naziri Bakıdadır

 İtaliya müdafiə naziri Quido Krosetto müdafiə naziri general-polkovnik Zakir Həsənovun dəvəti ilə bu gün Bakıya gəlib.

 

Manset.az xəbər verir ki, o, “ADEX” 5-ci Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak edəcək.

İtaliya nümayəndə heyətini Heydər Əliyev Beynəlxalq Aeroportunda müdafiə nazirinin müavini - Baş direktor Aqil Qurbanov və Nazirliyin digər rəhbər heyəti qarşılayıb.

İtaliyalı qonaq ölkəmizdə səfərdə olduğu müddətdə Azərbaycan-İtaliya hərbi əməkdaşlığının yeni perspektivləri və digər məsələlərlə bağlı görüşlər keçirəcək.



Xəbər xətti

24 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin