Elza Seyidcahandan AYB-nin xəbərdarlığına REAKSİYA

10:03 - 24 Sentyabr 2024

Elza Seyidcahandan AYB-nin xəbərdarlığına REAKSİYA

Xəbər verdiyimiz kimi, Əməkdar artist Elza Seyidcahanın bu yaxınlarda efirdə səsləndirdiyi şeir qalmaqala səbəb olub. Belə ki, şeirdə yer alan "Tüpürüm sizin ağzınıza" ifadəsi tənqid edilib.
 

Manset.az Axsam.az-a istinadən xəbər verir ki, müğənniyə üzv olduğu Azərbaycan Yazıçılar Birliyi tərəfindən xəbərdarlıq edildiyi bildirilib. Vurğulanıb ki, birliyin katibliyi bütün bunları Elza Seyidcahanın nəzərinə çatdıraraq onu belə çıxışlardan, leksikonunda mənfi təəssürat oyadan kəlmə və ifadələrə yer verməkdən çəkinməyə çağırıb.

E.Seyidcahan məsələyə reaksiya verib. O, instaqram hesabında Azərbaycan Yazıçılar Birliyində lentə aldırdığı fotonu paylaşıb. Seyidcahan Azərbaycan Yazıçılar Birliyinin sədri Anar və AYB-nin sədr müavini Rəşad Məcidin yer aldığı şəklə "Azərbaycan Yazıçılar Birliyi məni məndən çox sevir." sözlərini yazıb.

İfaçı paylaşımındakı şərh bölümünü bağlayıb.


Xəbər xətti

24 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin