"Haniyənin qətli cavabsız qalmayacaq" - Pezeşkian

09:20 - 24 Sentyabr 2024

İran Yaxın Şərqdə sabitliyi pozmağa çalışmır, lakin Fələstin HƏMAS hərəkatının siyasi bürosunun rəhbəri İsmayıl Haniyənin Tehranda qətlə yetirilməsi cavabsız qalmayacaq.

 

Manset.az ISNA-ya istinadən xəbər verir ki, bunu İran prezidenti Məsud Pezeşkian Nyu-Yorkda jurnalistlərlə açıqlamasında deyib.

Pezeşkianın sözlərinə görə, Haniyənin qətli bütün beynəlxalq hüquq normalarına ziddir.

“İran sübut etdi ki, bu rejimin (red. – İsrail) cinayətlərinə cavab verə bilər, lakin biz sabitliyi pozan amil olmaq və regionda təhlükəsizliyi pozmaq istəmirik”, -  Pezeşkian deyib.


Xəbər xətti

24 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin