Daşkəsəndə ağır qəza - Ölən və yaralanan var

21:49 - 23 Sentyabr 2024

Daşkəsəndə ağır qəza - Ölən və yaralanan var

Daşkəsəndə ölümlə nəticələn yol qəzası baş verib.

 

Manset.az xəbər verir ki, hadisə Əmirvar kəndində qeydə alınıb.

Hərəkətdə olan "VAZ 2106" markalı minik maşını yoldan çıxaraq kəndin girişində olan dəmir löhvəyə çırpılıb.

Qəza nəticəsində 32 yaşlı E.Əhmədov hadisə yerində ölüb, 64 yaşlı M.İsrafilov xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.


Xəbər xətti

24 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin