Papa qəfildən bütün görüşlərini ləğv etdi

17:02 - 23 Sentyabr 2024

Papa qəfildən bütün görüşlərini ləğv etdi

87 yaşlı Papa Fransiskin sentyabrın 23-nə planlaşdırılan bütün görüşləri və təmasları ləğv edilib.

 

Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.

Məlumata görə, buna səbəb onun xəstələnməsi olub.

"Qripə bənzər bir xəstəlik səbəbiylə və ehtiyat tədbiri olaraq, həmçinin qarşıdan gələn səfəri də nəzərə alaraq, bu gün üçün planlaşdırılan bütün görüşlərimi ləğv edirəm", - o bildirib.

Qeyd edək ki, təxminən bir həftə əvvəl Papa Cənub-Şərqi Asiya ölkələrinə etdiyi ən uzun xarici qastrol səfərindən qayıdıb. Bu həftənin sonunda o, Belçika və Lüksemburqa səfər edəcək.

 

 


Xəbər xətti

23 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin