Hava ilə XƏBƏRDARLIQ - Sabahdan etibarən...

16:31 - 23 Sentyabr 2024

Hava ilə XƏBƏRDARLIQ - Sabahdan etibarən...

Sentyabrın 24-ü gündüzdən 27-dək bəzi rayonlarda hava şəraitinin qeyri-sabit keçəcəyi, fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir.


Bu barədə Milli Hidrometeorologiya Xidmətində Manset.az-a bildirilib.

Ayrı-ayrı yerlərdə (Naxçıvan MR, Qazax-Gəncə, Qarabağ və Şərqi Zəngəzur, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Mərkəzi Aran, Lənkəran-Astara) leysan xarakterli olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var.

Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var.


Xəbər xətti

23 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin