Bu yaşayış məntəqələrində qaz kəsiləcək - XƏBƏRDARLIQ
21 Dekabr 2024
15:58 - 23 Sentyabr 2024
AZAL oktyabrın 1-dən etibarən Naxçıvan istiqamətində aviabiletlərin onlayn alışı zamanı SİMA rəqəmsal imza tətbiq etməyə başlayacaq. Bu yenilik sözügedən istiqamət üzrə aviabiletlərin əldə edilməsi prosesinin rəqəmsallaşdırılması və şəffaflığın artırılması məqsədini daşıyır.
Manset.az xəbər verir ki, artıq AZAL-ın rəsmi internet saytı və mobil tətbiqi vasitəsilə bilet almaq istəyən sərnişinlər yalnız “SİMA İmza” ilə şəxsiyyətlərini təsdiq etdikdən sonra əməliyyatı həyata keçirə biləcəklər. Bu sistem yüksək təhlükəsizlik standartlarına cavab verir və bütün əməliyyatlar müasir texnoloji həllərlə qorunur.
Şəxsiyyətin təsdiqlənməsi prosesi AZAL-ın sisteminə tamamilə inteqrasiya olunub. Saytda bilet alarkən sərnişinlər “SİMA İmza” ilə QR-kodu oxudaraq şəxsiyyətlərini təsdiqləyəcəklər. Mobil tətbiq vasitəsilə biletin alınması zamanı isə sərnişinlər “SİMA İmza” tətbiqinə keçid edəcək və prosesi tamamladıqdan sonra bileti əldə edə biləcəklər. Qeyd olunan tədbirlər Naxçıvan istiqamətində onlayn bilet alışının artmasına töhfə verəcək.
Qeyd edək ki, bir neçə sərnişin üçün bilet əldə edərkən sərnişinlərdən yalnız bir nəfərin "SİMA İmza" ilə təsdiq prosesindən keçməsi kifayətdir.
“SİMA İmza”dan istifadə etmək üçün sərnişinlər öncə SİMA tətbiqini yükləyib qeydiyyatdan keçməlidirlər. Proses cəmi bir neçə dəqiqə çəkir. Bundan sonra Bakı-Naxçıvan-Bakı marşrutu üzrə reyslərə aviabiletləri asanlıqla onlayn almaq mümkün olacaq. SİMA tətbiqində qeydiyyatla bağlı videotəlimat: https://www.youtube.com/watch?v=XWvnIORg1_E
Oktyabrın 1-dən Naxçıvan istiqamətində səyahət etməyi və aviabiletləri onlayn əldə etməyi planlaşdıran sərnişinlərə SİMA tətbiqini əvvəlcədən yükləmək və qeydiyyatdan keçmək tövsiyə olunur. Yenilik yalnız Azərbaycan vətəndaşlarına şamil olunur.
“SİMA İmza” sistemi bulud və üztanıma texnologiyalarına əsaslanan yeni nəsil gücləndirilmiş rəqəmsal imzadır.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin