Universitet müəllimləri niyə sertifkasiyaya cəlb olunmur?

14:00 - 23 Sentyabr 2024

Universitet müəllimləri niyə sertifkasiyaya cəlb olunmur?

Məktəbdə dərs deyən müəllimlərin bilik və bacarıqlarının yoxlanılması və təhsil səviyyəsinin artırılması məqsədi ilə hər il sertifkasiya imtahanı keçirilir. Ancaq universitetdə çalışan professor-müəllim heyəti ilə bağlı sözügedən proses tənzimlənməyib.


Manset.az Modern.az-a istinadən xəbər verir ki, mövzu ilə bağlı açıqlama verən təhsil üzrə ekspert Elçin Əfəndi bildirib ki, hazırda sertifkasiya prosesi Elm və Təhsil Nazirliyi tərəfindən və ona tabe olan digər qurumlar tərəfindən orta məktəblərdə çalışan təhsilverənlər üçün keçirilir və bu proses təhsilin yaxşılaşdırılması üçün mütləqdir.

“Bizim gözləntimiz ondan ibarətdir ki 2028-ci ilə qədər sertifkasiya prosesinin ilkin mərhələsi yekunlaşsın. Ondan sonrakı gedişatda isə ali təhsil müəssələrində çalışan professor-müəllim heyətinin bilik və bacarıqlarının yoxlanılmasına başlanılabilər. Bu proses 5-6 il sonra keçirilə bilər”.


Xəbər xətti

23 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin