Tələbələrə yataqxana və nəqliyyat üçün kredit veriləcək?

11:35 - 23 Sentyabr 2024

Tələbələrə yataqxana və nəqliyyat üçün kredit veriləcək?

Təhsil Tələbə Kredit Fondu yalnız əyani və öz hesabına ödənişli təhsil alan tələbələr üçün kredit ayırır. Tələbələrin digər xərclərinin qarşılanması, ümumiyyətlə Fondun fəaliyyəti ilə bağlı hər hansı qayda dəyişikliyi və ya yeniliyin tətbiq edilməsi məqsədilə mütəmadi olaraq araşdırmalar aparılır, beynəlxalq təhlillər edilir.

 

Manset.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Təhsil Tələbə Kredit (TTK) Fondundan məlumat verilib.

Qeyd edilib ki, Fonda ümumi rəhbərlik Himayəçilik Şurası tərəfindən həyata keçirilir.

"İldə bir neçə dəfə Şuranın iclası keçirilir. Bu iclaslarda yeni təkliflər səsləndirilir, müzakirə olunur və qərarlar qəbul edilir. Yalnız bundan sonra Qaydalara əlavə və dəyişikliklər edilir. Qeyd olunan məsələ və ya digər yeniliklərlə bağlı hər hansı rəsmi qərar olarsa və qaydalara dəyişiklik edilərsə, ictimaiyyətə məlumat veriləcək.

Bu günə kimi Fonda 54 minə yaxın müraciət daxil olub, 42 minə yaxın təhsil krediti müqaviləsi rəsmiləşib.

Yeni tədris ilində, yəni 2024-2025-ci tədris ilinin başlanğıcında elektron portala 7600-dən çox müraciət daxil olub, təqribən 4700 təhsil tələbə krediti müqaviləsi rəsmiləşib. Digər müraciətlər hazırda emal prosesindədir. Hazırda da tələbələr TTK-ya müraciət edir. Tələbələr payız semestrinin sonuna kimi e-ttkf.edu.az portal vasitəsilə kredit üçün müraciət edə bilərlər", - deyə əlavə edilib.


Xəbər xətti

23 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin