Diplomatları daşıyan avtomobil karvanına hücum - Ölən və yaralananlar var

11:11 - 23 Sentyabr 2024

Diplomatları daşıyan avtomobil karvanına hücum - Ölən və yaralananlar var

Pakistanda xarici diplomatları daşıyan avtomobil karvanına əldəqayırma partlayıcı qurğu ilə hücum edilib.

 

Manset.az bu barədə xarici mətbuata istinadən xəbər verir.

Məlumata görə, Pakistanda xarici diplomatları daşıyan avtomobil karvanını hədəf alan əldəqayırma partlayıcının partlaması nəticəsində 1 polis məmuru ölüb, 4 polis əməkdaşı isə ağır yaralanıb.

Peşəvər şəhərinin təxminən 250 kilometr şimalında, yol kənarına qoyulmuş əldəqayırma partlayıcı qurğular xarici diplomatları daşıyan maşın karvanı keçərkən işə salınıb.

Polis İndoneziya, Portuqaliya, Qazaxıstan, Bosniya və Herseqovina, Zimbabve, Ruanda, Türkmənistan, Vyetnam, İran, Rusiya və Tacikistan diplomatlarının partlayışdan xilas olduğunu açıqlayıb.

Faktla bağlı araşdırma aparılır.

 

 

 

Fidan Əliyeva

Manşet.az


Xəbər xətti

23 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin