Ziyafət Əsgərov vitse-spiker postuna qayıdır

10:57 - 23 Sentyabr 2024

Ziyafət Əsgərov vitse-spiker postuna qayıdır

Yeni Azərbaycan Partiyasının (YAP) deputatı Ziyafət Əsgərovun Milli Məclisin sədrinin müavini postuna namizədliyi irəli sürülüb.

 

Manset.az Modern.az-a istinadən xəbər verir ki, YAP onun namizədliyini dəstəkləyib.

Ziyafət Əsgərov əvvəlki çağırışlarda Milli Məclisinin sədrinin müavini olub.

Qeyd edək ki, Milli Məclisin sədr müavinlərinin sayı 3-dən 4-ə qaldırılıb. Sədr müavini postuna Əli Əhmədovun, Rafael Hüseynovun və Musa Qasımlının namizədliyi irəli sürülüb.

Hakim partiyanın Milli Məclisin sədri postuna namizədi isə Sahibə Qafarovadır.


Xəbər xətti

23 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin