YAP-ın Milli Məclisin sədri postuna namizədi AÇIQLANDI

09:17 - 23 Sentyabr 2024

YAP-ın Milli Məclisin sədri postuna namizədi AÇIQLANDI

Yeni Azərbaycan Partiyasının yeni seçilmiş deputatlarının iclası keçirilir.
 

Manset.az-ın xəbərinə görə, iclasda parlamentdə çoxluq təşkil edən YAP-ın Milli Məclisin sədri postuna namizədi müəyyənləşib.

YAP-ın Milli Məclisin sədri postuna namizədi Sahibə Qafarovadır.

S.Qafarova bundan əvvəl VI Çağırış Milli Məclisin sədri olub.

Qeyd edək ki, bu gün VII Çağırış Milli Məclisin ilk iclası da keçiriləcək. Milli Məclisin yeni tərkibdə ilk iclasında parlamentin sədri və onun müavinləri seçiləcək.

Xatırladaq ki, sentyabrın 21-də Konstitusiya Məhkəməsi Plenumunun xüsusi Konstitusiya icraatı üzrə iclasında VII çağırış Milli Məclisə keçirilmiş seçkilərin nəticəsi təsdiqlənib.

Qeyd edək ki, bir neçə gün öncə Manset.az xəbər portalı Milli Məclis sədrinin Sahibə Qafarova olacağını bildirmişdi. 

https://www.manset.az/news/121731/son-deqiqe-milli-meclisin-sedrinin-ve-muavinlerinin-kim-olacagi-bilindi-adlar

 

 

 

 


Xəbər xətti

23 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin