"O, sülh üçün əsas maneədir" - Ağ Ev

01:30 - 23 Sentyabr 2024

Vaşinqton administrasiyası HƏMAS lideri Yəhya Sinvarı girovların azad edilməsi və Qəzzada atəşkəsin əldə edilməsinə dair razılaşmaların reallaşmasında əhəmiyyətli maneə hesab edir.

 

Manset.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib.

"Aydındır ki, cənab Sinvar razılaşma yolunda əsas maneə olaraq qalır və o, əlbəttə ki, son həftələr ərzində yaxşı niyyətlə irəliləməyə hazır olduğunu sübut etmək üçün heç nə etməyib.

O, şübhəsiz ki, əsas maneədir",- o bildirib.

Kirbi əlavə edib ki, son bir-iki həftə ərzində heç bir irəliləyiş əldə olunmayıb.


Xəbər xətti

22 Dekabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin