Azərbaycan Premyer Liqasında VII tura yekun vuruldu

22:31 - 22 Sentyabr 2024

Azərbaycan Premyer Liqasında VII tura yekun vuruldu

Futbol üzrə Azərbaycan Premyer Liqasında VII turun oyunları başa çatıb.

 

Manset.az xəbər verir ki, turun bağlanış matçı Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirilib.

Səfərdə "Sumqayıt"ın qonağı olan "Zirə" 2:0 hesablı qələbə qazanıb.

Paytaxt təmsilçisinin heyətində 22 və 69-cu dəqiqələrdə fərqlənən Rafael Utziq dubl müəllifi olub.

Qeyd edək ki, VII turun əvvəlki oyunlarında "Şamaxı" "Kəpəz"i 2:0, "Qarabağ" "Neftçi"ni 4:0, "Araz-Naxçıvan" 'Turan Tovuz"u 2:1, "Sabah" isə "Səbail"i 4:2 hesabı ilə məğlubiyyətə uğradıb.


Xəbər xətti

23 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin