Daniel Abbasov-Murad Rəfiyev dueti bürünc qazandı

20:32 - 22 Sentyabr 2024

Daniel Abbasov-Murad Rəfiyev dueti bürünc qazandı

Daniel Abbasov-Murad Rəfiyev dueti Gimarayşda keçirilən akrobatika üzrə dünya çempionatında növbəti medalı qazanıb.

 

Manset.az xəbər verir ki, gimanstlarımız bürünc medala layiq görülüblər.

Azərbaycanlı cütlük temp hərəkətləri zamanı 27,420 bal toplayıb. Daniel Abbasov-Murad Rəfiyev dueti qarışıq və balans hərəkətlərində dünya çempionatının qalibi olub.

Qeyd edək ki, ölkəmiz mundialda 6-cı medalını əldə edib. Komandamızın hesabında 4 qızıl, 1 gümüş və 1 bürünc medal var.


Xəbər xətti

22 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin