"Real" klubu 73 ildən sonra maraqlı göstəriciyə imza atdı

12:57 - 22 Sentyabr 2024

İspaniyanın "Real" (Madrid) klubu 73 ildən sonra maraqlı statistik göstəriciyə imza atıb.
 

Manset.az xəbər verir ki, "Kral klubu"nun heyətində Kilian Mbappe ötən gün La Liqanın VI turunda keçirilən "Espanyol"la matçda (4:1) penalti zərbəsini dəqiq yerinə yetirib.

Bununla da paytaxt təmsilçisi ilk altı turda 5-ci dəfə 11 metrlik cərimə zərbəsindən fərqlənib.

Madridlilərin tarixində sonuncu dəfə belə hadisə 1951-ci ildə baş vermişdi.


Xəbər xətti

22 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin