İranda kömür mədənində partlayış - 51 ölü (YENİLƏNİB + FOTO)

14:26 - 22 Sentyabr 2024

İranda kömür mədənində partlayış - 51 ölü (YENİLƏNİB + FOTO)

İranın şərqindəki Cənubi Xorasan əyalətinin Təbəs şəhərində şaxtada baş vermiş partlayış nəticəsində ölənlərin sayı 51 nəfərə çatıb.

 

Manset.az xəbər verir ki, bu barədə “Tasnim” məlumat yayıb.

iranda-medende-partlayis

 

 

 

10:30

***

İranın Cənubi Xorasan əyalətinin Təbas kömür mədənində qaz partlayışında 30 nəfər ölüb, 17 nəfər yaralanıb.

 

Manset.az xəbər verir ki, bu barədə Qızıl Aypara Cəmiyyətinin sədri bildirib.

Onun sözlərinə görə, 22 nəfərin axtarışları hələ də davam edir.

Xəsarət alan 17 nəfər xəstəxanaya yerləşdirilib.

Qəzaya “Mədənci” şirkəti tərəfindən idarə olunan mədənin B və C bloklarında metan qazının partlaması səbəb olub.

Partlayış zamanı bloklardakı işçilərin ümumi sayının 69 nəfər olduğu bildirilib.


Xəbər xətti

22 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin