İranda kömür mədənində partlayış - 30 nəfər öldü

10:30 - 22 Sentyabr 2024

İranda kömür mədənində partlayış - 30 nəfər  öldü

İranın Cənubi Xorasan əyalətinin Təbas kömür mədənində qaz partlayışında 30 nəfər ölüb, 17 nəfər yaralanıb.

 

Manset.az xəbər verir ki, bu barədə Qızıl Aypara Cəmiyyətinin sədri bildirib.

Onun sözlərinə görə, 22 nəfərin axtarışları hələ də davam edir.

Xəsarət alan 17 nəfər xəstəxanaya yerləşdirilib.

Qəzaya “Mədənci” şirkəti tərəfindən idarə olunan mədənin B və C bloklarında metan qazının partlaması səbəb olub.

Partlayış zamanı bloklardakı işçilərin ümumi sayının 69 nəfər olduğu bildirilib.


Xəbər xətti

22 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin