Okan Buruk gecikdi - Mourinyo mətbuat konfransı keçirmədi

09:46 - 22 Sentyabr 2024

Okan Buruk gecikdi - Mourinyo mətbuat konfransı keçirmədi

Ötən gün Türkiyə Super Liqasının VI turunda İstanbul derbisi keçirilib.  “Fənərbaxça” doğma azarkeşləri önündə “Qalatasaray”a 3:1 hesabı ilə məğlub olub.

 

Manset.az “NTV Spor”a istinadən xəbər verir ki, matçdan sonra “sarı-lacivərd”lərin baş məşqçisi Joze Mourinyo oyunsonrası mətbuat konfransında iştirak etməyib.

Bildirilib ki, “Qalatasaray”ın baş məşqçisi Okan Burukun mətbuat konfransına gec gəlməsi və tədbirin uzun çəkməsinə görə Mourinyo konfrans keçirməkdən imtina edib.


Xəbər xətti

22 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin