"Legiya"nın bir parçası olduğum üçün qürur duyuram" - Mahir Emreli

11:22 - 6 Noyabr 2021

"Açığı, son avrokubok oyunundakı nəticənin ümumi çıxışımızı əks etdirdiyinə inanmıram. Biz çox səy göstərdik və güclü komanda işi hissi nümayiş etdirdik, lakin bu həmişə kifayət etmir".

Manset.az-ın məlumatına görə, bu fikirləri Polşa "Legiya"sının futbolçusu Mahir Emreli evdə "Napoli"yə 1:4 hesabı ilə uduzduqları UEFA Avropa Liqasının qrup oyunundan sonra şəxsi instaqram səhifəsində yazıb.

Azərbaycan millisinin hücumçusu bildirib ki, bəzən, sadəcə, bəxt amili çatmır: "Bununla belə, düşünürəm ki, komanda ruhu bizimlə qalacaq və qarşıdakı oyunların nəticələrində özünü göstərəcək".

24 yaşlı forvard sonda çətin dövrdə komandaya dəstək olan azarkeşlərə təşəkkür edib: "Bu klubun bir parçası olduğum üçün çox xoşbəxtəm və qürur duyuram. İndi bizim sizi qürurlandırmaq növbəmizdir".

Qeyd edək ki, "Napoli" ilə matçda "Legiya"nın yeganə qolunu 11-ci dəqiqədə Mahir Emreli vurub.


Xəbər xətti

18 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin