Lənkəranda AĞIR qəza - Xəsarət alanlar var

09:25 - 22 Sentyabr 2024

Lənkəranda AĞIR qəza - Xəsarət alanlar var

Lənkəranda yol-nəqliyyat hadisəsi baş verib.

 

Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə axşam saatlarında Lənkəran-Boradigah-Masallı yolunda, rayonun Girdəni kəndi ərazisində baş verib.

Belə ki, hərəkətdə olan “Mercedes” marakalı minik avtomobilləri toqquşub, daha sonra nəqliyyat vasitələrindən biri yol kənarındakı kanala aşıb.

Qəzada dörd nəfər 1948-ci il təvəllüdlü Nəsibə Ağayeva, 1982-ci il təvəllüdlü Xəyalə Ramizli,1957-ci il təvəllüdlü Arifə Fərzullayeva və 2006-cı il təvəllüdlü Həsən Fərzullayev müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunub.

Qeyd edək ki, xəsarət alanlar toydan gəlirmiş.

Faktla bağlı araşdırma aparılır.


Xəbər xətti

22 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin