Bu gün VII turun oyunlarına yekun vurulacaq - Azərbaycan Premyer Liqası

09:20 - 22 Sentyabr 2024

Bu gün VII turun oyunlarına yekun vurulacaq - Azərbaycan Premyer Liqası

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında VII turun oyunlarına yekun vurulacaq.

 

Manset.az xəbər verir ki, günün ilk matçı "ASCO Arena"da keçiriləcək.

"Səbail"in "Sabah"ı qəbul edəcəyi görüş saat 18:00-da başlayacaq.

Turun qapanış qarşılaşması isə "Sumqayıt"la "Zirə" arasında reallaşacaq. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda gerçəkləşəcək oyunun start fiti saat 20:30-da səslənəcək.

Qeyd edək ki, VII turun əvvəlki matçlarında "Şamaxı" "Kəpəz"i 2:0, "Qarabağ" "Neftçi"ni 4:0, " Araz-Naxçıvan" isə 'Turan Tovuz"u 2:1 hesabı ilə məğlubiyyətə uğradıb.


Xəbər xətti

22 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin