TƏBİB Kürdəmirdəki ağır qəza ilə bağlı məlumat yaydı

23:37 - 21 Sentyabr 2024

TƏBİB Kürdəmirdəki ağır qəza ilə bağlı məlumat yaydı

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Kürdəmirdə baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanlarla bağlı məlumat yayıb.

 

Manset.az xəbər verir ki, TƏBİB-dən bildirilib ki, hadisə nəticəsində xəsarət alan altı nəfər (dörd kişi, iki qadın) saat 14:30-da Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Onlardan biri, 1980-ci il təvəllüdlü kişi sağ baldır sümüyünün orta 1/3 hissəsinin açıq yerdəyişmiş sınığı diaqnozu ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsinə qəbul olunub. Vəziyyəti orta-ağır qiymətləndirilir.


Xəbər xətti

25 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin