Hikmət Hacıyev “Politico”nun qərəzli məqaləsini dezinformasiyanın çirkin nümunəsi adlandırıb
22 Noyabr 2024
19:30 - 21 Sentyabr 2024
BMT-nin “Gələcəyin Sammiti” çərçivəsində ABŞ-nin Nyu-York şəhərində Pan-Afrika İqlim Ədaləti Alyansı (PACJA) və Azərbaycan Gənclərinin Gender Bərabərliyi Mərkəzi “Gender Hub” İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Daha inklüziv COP29-a doğru: iqlim ədalətinə nail olmaq üçün gender bərabərliyi və sahələrarası uzlaşma üzrə əsas meyillərin ümumi axına qoşulması” mövzusunda yan tədbiri təşkil olunub.
Manset.az xəbər verir ki, tədbirin tərəfdaşları BMT-nin Qadınlar Təşkilatı (UN Women), Qadınların Əsas Qrupu (Women Major Group), Azərbaycan Respublikasının BMT yanında Daimi Nümayəndəliyi, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi olub.
Otuz beş ölkədən QHT-lərin 60 təmsilçisinin iştirak etdiyi tədbirin moderatoru COP29 Təşkilat Komitəsinin üzvü, Azərbaycan Gənclərinin Gender Bərabərliyi Mərkəzi “Gender Hub” İctimai Birliyininin sədri Məryəm Məcidova yan tədbirin əsas mahiyyəti barədə iştirakçıları məlumatlandırıb, iqlim ədalətinin gender aspektlərindən bəhs edib.
Pan-Afrika Ədalətli İqlim Alyansının (PACJA) İcraçı direktoru Dr. Mitika Mwenda, BMT-nin Qadınlar Təşkilatının İqtisadi Gücləndirmə üzrə rəhbəri Dr. Jemimah Njuki, Keniya Prezidentinin qadın hüquqları üzrə müşaviri Harriete Chiggai məruzələrlə çıxış edib.
Onlar Azərbaycanın COP29-la əlaqədar qlobal təşəbbüslərinin önəminə toxunub və təqdir ediblər.
Panel müzakirələrdə “Qadınların iqtisadi gücləndirilməsi, məlumat və iqlim dəyişmələri” mövzusunda Keniyanın “SDG Forum” təşkilatının icraçı direktoru Florens Syevuo, “İnsanların hərbi hüquqları, sülh və iqlim dəyişmələri” mövzusunda Nepalın İnsan Hüquqları və Ədalət Mərkəzinin (HRJC) icraçı direktoru Ojaswi K.C, “Yerli xalqları yeni iqtisadiyyatda gücləndirmək: qədim bilikləri müasir innovasiya ilə birləşdirmək” mövzusunda “IndiGenius Global” təşkilatının təsisçisi Aytəkin Əsgərova, “Gender ədalətli iqlim həlləri: qadınların lokal liderliyi və bunun milli səviyyədə iqlim siyasətləri üçün təsiri” mövzusunda “WMG”/“WECF” təşkilatlarının icraçı direktoru Sascha Gabizon, “Gender, irqi və iqtisadi ədalət üçün iqlim ədaləti çərçivələri: keçidi tənzimləmək üçün yollar” mövzusunda “WECAN” təşkilatının icraçı direktoru Osprey Orielle Lake çıxışlar edib.
Tədbirdə COP29 Təşkilat Komitəsinin üzvü, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva da iştirak edib.
Tədbir sual-cavab sessiyası ilə başa çatıb, yekunda iştirakçılar birgə bəyanat imzalayıb.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin