“Çelsi” böyük hesablı qələbə qazandı

18:15 - 21 Sentyabr 2024

“Çelsi” böyük hesablı qələbə qazandı

Futbol üzrə İngiltərə Premyer Liqasında V turun oyunları keçirilib.

 

Manset.az xəbər verir ki, günün ilk qarşılaşmasında “Çelsi” səfərdə “Vest Hem”lə üz-üzə gəlib. Görüş London klubunun 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qonaq komandanın qollarını 4 və 18-ci dəqiqədə Nikolas Cakson, 47-ci dəqiqədə isə Koul Palmer vurublar.

Bu nəticədən sonra “Çelsi” xalını 10-a çatdıraraq turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. Entso Mareskanın yetirmələri yalnız aktivində 12 xal olan “Mançester Siti”dən geri qalırlar.


Xəbər xətti

21 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin