Azərbaycan gimnastları dünya çempionatının qalibi oldu

16:27 - 21 Sentyabr 2024

Azərbaycan gimnastları dünya çempionatının qalibi oldu

Azərbaycanın kişi gimnastları Murad Rəfiyev və Daniel Abbasov Portuqaliyanın Qimarayeş şəhərində keçirilən akrobatika gimnastikası üzrə dünya çempionatının qalibi olub.

 

Manset.az xəbər verir ki, bu barədə Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Cütlük qarışıq hərəkətlərdə qızıl medal qazanıb.

Qeyd edək ki, sentyabrın 19-da startı verilən dünya çempionatı ayın 22-də yekunlaşacaq.


Xəbər xətti

21 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin