Azərbaycan Premyer Liqasının cari mövsümündə ilk avtoqol qeydə alındı

15:16 - 21 Sentyabr 2024

Azərbaycan Premyer Liqasının cari mövsümündə ilk avtoqol qeydə alındı

Misli Premyer Liqasının 2024/2025-ci illər mövsümündə ilk avtoqol qeydə alınıb.

 

Manset.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu, VII turun “Qarabağ” – “Neftçi” matçında (4:0) yaşanıb.

Qonaqların futbolçusu Robert Bauer topu öz qapısına vurub. Bu, ölkə çempionatları tarixində 234-cü avtoqol olub.

“Neftçi”nin futbolçuları Azərbaycan çempionatlarında 25-ci dəfə topu öz qapılarına vurublar. Bu, yarışın tarixində antirekorddur. “Qarabağ” isə 34-cü dəfə rəqib qoluna sevinib ki, bununla da sahib olduğu rekordu yeniləyib.

Qeyd edək ki, “Neftçi”nin avtoqollarından 8-i “Qarabağ”la görüşlərə təsadüf edib.


Xəbər xətti

21 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin