Bakıda 16 mərtəbəli binada yanğın

23:29 - 20 Sentyabr 2024

Bakıda 16 mərtəbəli binada yanğın

Bakının Nərimanov rayonunda binada yanğın olub.

 

Manset.az xəbər verir ki, yanğın Həsənoğlu küçəsində yerləşən onaltı mərtəbəli binanın qarajında baş verib.

Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin texnika və qüvvələri əraziyə cəlb olunub.

Yanğınla əlaqədar bina sakinləri təxliyə edilib.

Məlumata görə, qarajda "Mercedes" markalı minik avtomobili yanıb. Hazırda yanğının söndürülməsi istiqamətində iş aparılır.


Xəbər xətti

21 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin