Azərbaycan milliləri növbəti görüşlərini keçirdilər

22:35 - 20 Sentyabr 2024

Azərbaycan milliləri növbəti görüşlərini keçirdilər

Azərbaycanın kişilərdən və qadınlardan ibarət milliləri Macarıstanın paytaxtı Budapeştdə təşkil olunan 45-ci Ümumdünya Şahmat Olimpiadasında növbəti görüşlərini keçiriblər.

 

Manset.az xəbər verir ki, kişilərdən ibarət kollektiv IX turda Yunanıstanla üz-üzə gəlib.

Qarşılaşma heç-heçə yekunlaşıb - 2:2. Yığma daha əvvəl Monteneqro (3:1), İordaniya (3,5:0,5), Finlandiya (3,5:0,5), Moldova (3:1) və Qazaxıstanı (3:1) məğlub edib, Hindistan (1:3) ilə Litvaya (1,5:2,5) uduzub, İtaliya ilə (2:2) isə heç-heçəyə razılaşıb.

Ümumdünya Şahmat Olimpiadası

IX tur

Kişilər

Yunanıstan - Azərbaycan 2:2

Nikolas Teodoro - Aydın Süleymanlı 1:0

Stamatis Kourkoulos - Artidis Rauf Məmmədov - 0:1

İonnis Papaioanou - Şəhriyar Məmmədyarov - 0,5:0,5

Andreas Kelires - Məhəmməd Muradlı 0,5:0,5

Qadınlar isə İsveçrəni məğlub edib. Hələlik hesab 3:0-dır.

Qadınlar

İsveçrə - Azərbaycan 0:4

Aleksandra Kostenyuk - Günay Məmmədzadə 0:1

Lena Georgesku - Ülviyyə Fətəliyeva 0:1

Sofiya Xrızlova - Gövhər Beydullayeva 0:1

Mariya Manko - Xanım Balacayeva 0:1

Yığma Sloveniya (3:1), Nikaraqua (4:0), Avstraliya (3:1) və Vyetnamdan (2,5:1,5) üstün olub, Argentina, Ukrayna və İtaliya ilə heç-heçə edib - 2:2, Qazaxıstana isə yenilib - 1:3


Xəbər xətti

25 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin