"Qarabağ" "Neftçi" darmadağın etdi - YENİLƏNİB

22:20 - 20 Sentyabr 2024

Bu gün Misli Premyer Liqasının VII turu çərçivəsində "Qarabağ" komandası "Neftçi"ni qəbul edib.

 

Manset.az xəbər verir ki, "Azersun Arena"da keçirilən görüşdə Ağdam təmsilçisi 4:0 hesabı ilə qalib gəlib.

Matçın 18-ci dəqiqəsində "Neftçi"nin heyətində Robert Bauer avtoqol müəllifi olub.

Qarşılaşmanın 29-cu dəqiqəsində Olavio Juninyo hesabda fərqi artırıb.

Görüşün 45+3-cü dəqiqəsində Yassin Benzia top fərqini üçə çatdırıb.

90+1-ci dəqiqədə isə Leandro Andrade adını tabloya yazdırıb.

Bununla da “Qarabağ” 3 xalı 4 cavabsız qolla qazanıb.

20:38

Azərbaycan Premyer Liqasının VII turunda təşkil olunan "Qarabağ" - "Neftçi" oyununda ikinci qol vurulub.

Manset.az xəbər verir ki, Ağdam təmsilçisi növbəti dəfə rəqibini mərkəzə dəvət edib - 2:0.

29-cu dəqiqədə Olavio Juninyo fərqlənib.

20:29

Azərbaycan Premyer Liqasının VII turunda təşkil olunan "Qarabağ" - "Neftçi" oyununda hesab açılıb.

Manset.az xəbər verir ki, "Neftçi"nin futbolçusu Robert Bauer 18-ci dəqiqədə avtoqol müəllifi olub.

20:09

Azərbaycan Premyer Liqasının VII turunda təşkil olunan "Qarabağ" - "Neftçi" oyunu başlayıb.

Manset.az xəbər verir ki, matç saat 20:00-da start götürüb.

Görüşü FIFA referisi Əliyar Ağayevin başçılıq etdiyi hakimlər briqadası idarə edir.

Qeyd edək ki, rəqibindən bir oyun az keçirən Ağdam təmsilçisi hazırda 12 xalla ikinci pillədə qərarlaşıb. Paytaxt klubu 4 xalla 8-9-cu yerləri bölüşdürür.


Xəbər xətti

21 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin