Bayden bu ölkə hökumətinə təzyiqi artırmaq niyyətindədir

08:54 - 6 Noyabr 2021

Bayden bu ölkə hökumətinə təzyiqi artırmaq niyyətindədir

ABŞ prezidenti Co Bayden administrasiyası Nikaraquada keçiriləcək prezident seçkilərdən sonra bu ölkənin hökumətinə diplomatik təzyiqi artırmaq niyyətindədir.

Manset.az xəbər verir ki, bu barədə “Reuters” ABŞ rəsmisinə istinadən məlumat yayıb.

Mənbənin sözlərinə görə, Vaşinqton qarşıdakı səsvermənin ədalətli olmayacağına inanır. Sorğulara əsasən, seçicilərin əksəriyyəti ölkənin hazırkı prezidenti Daniel Orteqanın rəhbərlik etdiyi Sandinista Milli Azadlıq Cəbhəsini (FSLN) dəstəkləmək niyyətindədir.

ABŞ prezidenti bununla bağlı bəyanatı bazar günü ( 7 noyabr – Red) verəcək. O, Orteqaya qarşı qanun layihəsi imzalamağı planlaşdırır.

ABŞ və Avropa İttifaqı Nikaraqua hakimiyyətinin Qərb standartlarına uyğun seçki islahatları aparmaqdan imtina etməsi, habelə bir neçə siyasi partiyanın qeydiyyatının ləğvi və bəzi prezidentliyə namizədlərinin həbsi səbəbindən gələcək seçkilərin nəticələrini şübhə altına alır.


Xəbər xətti

17 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin