ABŞ-ın 25 ştatında COVID-19 virusunun yeni ştamı yayıldı

22:05 - 19 Sentyabr 2024

ABŞ-ın 25 ştatında COVID-19 virusunun yeni ştamı yayıldı

COVID-19 virusunun dünyada yayılmağa başlayan XEC adlı yeni variantı artıq ABŞ ştatlarının yarısında qeydə alınıb.

 

Manset.az xəbər verir ki, 25 ştatda ştamın xarakterik mutasiyaları ilə ən azı bir yoluxma hadisəsi baş verib. Bəzi ştatlarda yoluxma 15-ə kimi yüksəlib. Tibb mütəxəssisləri daha əvvəl yayılmış ştamlardan fərqli olaraq bu variantla bağlı hələ ki, ciddi narahatlıq ifadə etməyiblər.

Xəstəliklərə nəzarət və qarşısının alınması mərkəzləri virusun yanvarın ortalarında pik həddə çatacağını proqnozlaşdırıblar.


Xəbər xətti

20 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin