Minlərlə insan ölkəsindən təxliyə edilir - SƏBƏB

16:33 - 19 Sentyabr 2024

Minlərlə insan ölkəsindən təxliyə edilir - SƏBƏB

 İtaliyanın şimalındakı Emiliya-Romanya bölgəsinin 1 mindən çox sakini daşqınlar səbəbindən təxliyə edilib.

 

Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.

Məlumata görə, güclü yağışlar nəticəsində Ravenna əyalətində Senio və Lamone çayları məcrasından çıxıb. İtaliyanın şimalında bəzi ərazilərdə güclü yağışlar torpaq sürüşməsinə səbəb olub. Ən çətin vəziyyət Bolonya, Ravenna, Forli-Çesena və Rimini əyalətlərində yaranıb.

Əlavə olaraq, Emiliya-Romanya bölgəsində qatarların hərəkəti dayandırılıb.

Əlverişsiz hava şəraiti ilə əlaqədar bir sıra şimal əyalətlərində məktəblər bağlı qalıb. Bu şəraitin nə vaxta qədər davam edəcəyi isə hələ məlum deyil.

 
 
 

Xəbər xətti

20 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin