İşsizlərə ŞAD XƏBƏR
15 Yanvar 2025
16:23 - 19 Sentyabr 2024
Budapeştdə Dunay çayında suyun səviyyəsi artıb və bu bir sıra fəsadlar törədib.
Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Macarıstan hökumətinin başçısı Viktor Orban keçirdiyi mətbuat konfransında bildirib ki, ölkədə yüksək su səviyyəsi ilə bağlı vəziyyət çətin olaraq qalır:
“Suyun səviyyəsi həddindən artıq artıb. Bu bizə bir çox problemlər yarada bilər”.
Onun sözlərinə görə, su bəndin yaxınlığında yerləşən Macarıstan parlamentinin binasına qədər çatıb.
Macarıstan meteoroloqlarının proqnozlarına görə, yaxın günlərdə ölkə ərazisində güclü yağışlar gözlənilmir. Çaylarda suyun səviyyəsi gələn həftənin ortalarına qədər azalmağa davam edəcək.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin