DYP-dən hava şəraiti ilə əlaqədar MÜRACİƏT

13:31 - 19 Sentyabr 2024

DYP-dən hava şəraiti ilə əlaqədar MÜRACİƏT

Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib.

 

Manset.az həmin müraciəti təqdim edir:

"Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata əsasən, sentyabrın 21-dək əsasən bölgələrdə hava şəraitinin qeyri-sabit keçəcəyi, yağış yağacağı, bəzi yerlərdə güclü külək əsəcəyi gözlənilir.

Baş Dövlət Yol Polisi İdarəsi verilən xəbərdarlıqla əlaqədar avtomobil yollarında yarana biləcək qəzaların qarşısının alınması üçün hərəkət iştirakçılarına müraciət edərək yollarda diqqətli olmağı, yol hərəkəti qaydalarına ciddi riayət etməyi, sürücülərdən yol və meteoroloji şəraiti nəzərə alaraq sürət həddini minimuma endirməyi, nəqliyyat vasitələrinin texniki sazlığını nəzarətdə saxlamağı xahiş edir.

Qoşqulu, tentli, uzun ölçülü yük avtomobillərinin sahibləri və sürücüləri küləkli hava şəraitində hərəkətin çətin və təhlükəli olduğunu unutmamalı, daşıdıqları yükün qablaşdırılmasına diqqət yetirməlidirlər".


Xəbər xətti

19 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin