İran İsraili təhdid etdi

13:05 - 19 Sentyabr 2024

İran İsraili təhdid etdi

Tehran Livanda baş verən partlayışlarla bağlı İsraili günahlandırıb və İran səfiri Müctəba Amaniyə olunan hücumla bağlı tədbir görəcəyini açıqlayıb.

 

Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.

“İran İslam Respublikası Livandakı səfirinin yaralandığı hücumla bağlı müvafiq tədbirlər görəcək. Bu addım cinayət və qanun pozuntusudur”.

İran hesab edir ki, İsraili dəstəkləyən Qərb dövlətləri, xüsusilə ABŞ də onun hərəkətlərinə görə beynəlxalq məsuliyyət daşıyır:

“BMT-nin Baş katibi və Təhlükəsizlik Şurası birmənalı olaraq İsrailin terror hərəkətlərini və İranın Livandakı diplomatik missiyasının rəhbərinə qarşı törətdiyi cinayəti, həmçinin Livanın suverenliyi və ərazi bütövlüyünün pozulmasını və Livanın mülki əhalisinə hücumlarını pisləməlidir”, - İranın BMT-dəki daimi nümayəndəsi bildirib.

Xatırladaq ki, İranın Livandakı səfiri sentyabrın 17-də Livanda peycer partladılması nəticəsində yaralananlar arasında olub. Ən azı 12 nəfər həlak olub, minlərlə insan yaralanıb.

Hadisələrin ardınca, Hizbullah İsraili partlayışları təşkil etməkdə ittiham edib. İsrail tərəfi isə hələlik bu partlayışlara görə məsuliyyəti üzərinə götürməyib.

 


Xəbər xətti

22 Dekabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin