“Temu” işlədənlərin nəzərinə! - Məlumatlarınız oğurlana bilər

01:00 - 19 Sentyabr 2024

“Temu” işlədənlərin nəzərinə! - Məlumatlarınız oğurlana bilər

87 milyon “Temu” müştərisinin şəxsi məlumatlarının hakerlər tərəfindən ələ keçirildiyi iddia olunur.

 

Manset.az xəbər verir ki, bu barədə “TechRadar” portalı məlumat yayıb.

Hakerlər sübut kimi istifadəçi adları, şəxsiyyət vəsiqələri, IP ünvanları, adlar, doğum tarixləri, cins, çatdırılma ünvanları, telefon nömrələri, parollar və s. daxil olmaqla məlumat nümunələrini açıqlayıblar.

Çinin onlayn ticarət platforması olan “Temu” isə yayılan məlumatları təkzib edir:

 “Təhlükəsizlik qrupumuz iddia edilən məlumat sızması ilə bağlı hərtərəfli araşdırma aparıb və iddiaların tamamilə yalan olduğunu təsdiqləyib. Dövriyyədə olan məlumatlar bizim sistemlərdən qaynaqlanmayıb və heç bir məlumat cərgəsi əməliyyat qeydlərimizə uyğun gəlmir. Biz reputasiyamızı ləkələmək və ya istifadəçilərimizə zərər vermək cəhdini qanuni tədbirlərlə cavablayacağıq”.

Qeyd edək ki, kibertəhlükəsizlik ekspertləri yayılan xəbərlərlə bağlı istifadəçilərə şəxsi bank kartları məlumatlarını tətbiqdə açıq qoymamağı məsləhət görür.



Xəbər xətti

20 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin