COP29-da tarixi qərar qəbul olundu
24 Noyabr 2024
21:11 - 18 Sentyabr 2024
18 sentyabr – Milli Musiqi Gününün növbəti ənənəvi tədbiri Azərbaycan Milli Konservatoriyasında (AMK) keçirilib.
Manset.az xəbər verir ki, Konservatoriyanın rektoru Xalq artisti Siyavuş Kərimi çıxış edərək Üzeyir Hacıbəylinin adı ilə bağlı olan əlamətdar günün əhəmiyyətindən, dahi bəstəkarın yaradıcılığından, Azərbaycan musiqisinin inkişafında göstərdiyi xidmətlərdən danışıb: "Üzeyir bəy Azərbaycana ulu Tanrı tərəfindən bəxş olunmuş nadir simalardandır. Biz hər zaman Üzeyir bəyin xatirəsini əziz tutacaq, musiqimizin inkişafındakı xidmətlərini minnətdarlıqla qeyd edəcəyik. Musiqi bayramımız mübarək olsun".
Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru Xalq artisti Fərhad Bədəlbəyli deyib: “Bizlər Üzeyir Hacıbəylini hər zaman dahi bəstəkar, dahi insan kimi yada salırıq. Xoşbəxt xalqıq ki, Üzeyir Hacıbəyli, Qara Qarayev, Fikrət Əmirov kimi görkəmli bəstəkarlarımız olub”.
Sonra musiqi proqramı təqdim edilib. AMK-nın tələbələrindən ibarət xalq çalğı alətləri orkestrinin müşayiəti ilə xanəndələr Xəyal Hüseynov, Gülzar Fərəcova və Güllü Muradovanın ifasında “Qarabağ şikəstəsi” səsləndirilib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin