Blinken Livandakı partlayışlardan danışdı

20:16 - 18 Sentyabr 2024

Blinken Livandakı partlayışlardan danışdı

ABŞ Dövlət katibi Antoni Blinken Livanda peycerlərin kütləvi partlamasına münasibət bildirib.

 

Manset.az xəbər verir ki, Blinken mətbuat konfransında hadisənin hansı səbəbdən baş verdiyinin tam aydınlaşdırılmalı olduğunu və ABŞ-ın bunu araşdırmağa davam etdiyini deyib.

“Hadisənin nələrə gətirib çıxaracağını və “Hizbullah” hərəkatının fəaliyyətinə necə təsir edəcəyini bilmirəm”, - deyə o əlavə edib.

Sentyabrın 17-də Livanın müxtəlif bölgələrində peycerlər partlamağa başlayıb. Peycerlərin “Hizbullah” hərəkatının üzvləri tərəfindən geniş istifadə olunduğu güman edilir. Çox sayda cihazın eyni vaxtda partlamasına nəyin səbəb olduğu hələlik bilinməsə də, Livanın hakimiyyət orqanları hadisədə İsraili günahlandırıb.

Yaxın Şərq mediasının Livan Səhiyyə Nazirliyinə istinadla verdiyi məlumata görə, insident nəticəsində ən azı 11 nəfər ölüb, 4 minə yaxın insan yaralanıb, onlardan 400-nün vəziyyəti kritik qiymətləndirilir.


Xəbər xətti

20 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin