"Google"a tətbiq edilən cərimə ləğv olundu

17:30 - 18 Sentyabr 2024

Avropa İttifaqının (Aİ) Baş Məhkəməsi Avropa Komissiyasının "Google" texnologiya şirkətinə tətbiq etdiyi 1,49 milyard avro cəriməni ləğv edib.

 

Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.

Məhkəmə Komissiyanın "Google"u təxminən 1,5 milyard avro cərimələdiyi qərarda müqavilə bəndlərinin müddətinin qiymətləndirilməsində səhvlərə yol verildiyinə qərar verib.

Xatırladaq ki, 2019-cu ildə Aİ Komissiyası "Google"u "AdSense" internet reklam xidmətində bazar üstünlüyündən sui-istifadə etdiyinə görə 1,49 milyard avro cərimələyib.


Xəbər xətti

19 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin